11 C
Baku
Thursday, November 14, 2024

Norveç höküməti Neft Fondunun aktivlərindən ilk dəfə vəsait götürüb

Norveç höküməti 20 il əvvəl yaradılan Neft Fondunun aktivlərindən ilk dəfə vəsait götürüb.

RİA “Novosti” agentliyinin verdiyi xəbərə görə, neft gəlirlərindən əldə olunan 826 milyard dollar vəsaitin toplandığı Norveçin Neft Fondundan alınan 780 milyon dollar sosial xərclərin qarşılanmasına yönəldilib.

Qeyd edək ki, Norveç Neft Fondunun iki məqsədi var: Neftdən gələn gəlirin düzgün xərclənməsini təmin etmək və Norveç əhalisinin qocalmasıyla bağlı ortaya çıxan xərclərin öhdəsindən gəlmək üçün vəsait toplamaq.

Norveç dünyada yeddinci ən böyük neft istehsalçısıdır.

Report

Son xəbərlər
Digər xəbərlər