27 C
Baku
Saturday, April 27, 2024

Norveç iqtisadiyyatı: 1905 – 1973

Müəllif: Xətai Alı.

1905 – ci ildən, Norveç tam müstəqilliyini əldə etdikdən sonra ölkədə güclü sənayeləşmə dalğası  başlandı. Hələ 1890 – ci illərdə ölkədə  balıq və kağız – sellüoza sənayesi sürətlə  inkişaf etməyə başlamışdı.

1905 – ci ildə Norsk – Hidro su elektrik stansiyası yaradıldıqdan sonra istehsal sənayesi su enerjisi ilə hərəkətə gətirildi. Norveç sənayesinin 1905 – 1920 – ci illərdə sürətli inkişafı qeydə alındı.Buna baxmayaraq iqtisadiyyatda hələ də iş gücü ağırlıqlı balıq və kənd təsərrüfatı sənayeləri ən əsas sektor olması gücünü saxlayırdı. 

Birinci dünya müharibəsi dövründə Norveç rəsmi olaraq neytral dövlət kimi görünsə də iqtisadi baxımdan Britaniya və onun müttəfiqlərini dəstəkləyirdi. Müharibənin birinci illərində xüsusilə Norveçin gəmi sahibləri böyük qazanc əldə etdi və iqtisadiyyatda yüksək inkişaf görüldü. Bununla belə Almaniyanın 1917 – ci ildə qeyri ittifaq ölkələrə qarşı da müharibə elan etməsi Norveçi pis vəziyyətə saldı ölkə ağır itkilərlə üzləşdi.Sürətli inkişafı durğunluq əvəz etdi.

1914 – cü ildə Norveç höküməti qızıl ehtiyyatlarının qorunmasını dayandırdı. Müharibə illərində və  müharibədən sonrakı illərdə inflyasiya yönümlü  pul siyasəti səbəbilə qızıla tələb artdı. Belə ki Norveç 1919 –cu ilin baharından 1920 – ci ilin payızına kimi iqtisadiyyatda əhəmiyyətli böyümə əldə etdi. Amma bu böyüməni sonda yüksək inflyasiya, ticarət açıqları, valyutanın dəyərdən düşməsi əvəz etdi.

1920 – ci ilin payızında başlanan beynəlxalq durğunluq digər  ölkələrlə nisbətdə Norveçi daha sərt vurdu. 1921 – ci ildə ÜDM 11% düşdü.Bu düşmənin iki əsas səbəbi vardı1 :

1. Kiçik – açıq iqtisadiyyat kimi Norveç iqtisadiyyatı beynəlxalq ressessiylara digər ölkələrdən daha çox həssasdı. Buna görə də, bu durğunluğun ölkənin əsas tərəfdaşları İngiltərə və İsveçi çox sərt silkələməsi ağır nəticələr verdi
2. 1914 – 1920 – ci illərdə yeridilən inflyasiya yönümlü maliyyə siyasəti və sonrasında da sərt deflyasyonost maliyyə siyasəti böhranı daha da dərinləşdirdi, nəticələrini ağırlaşdırdı.

Faktiki olaraq Norveç 1928 – ci ilin may ayına kimi uzun, ancaq möhkəm olmayan, Kronun ( Norveç milli valyutasi, NOK ) dəyərinin artırılmasını hədəf götürmüş deflyasyonist pul siyasətini davam etdirdi. Bunun məntiqi nəticəsi olaraq 1920 – ci illərin ortalarında digər bir böhran iqtisadiyyatı silkələdi.Nəticə etibarı ilə 1920 – ci illərdə Norveç qərb dünyasında ən pis nəticə göstərənlərdən biri idi. Bu ,iflas olan şirkətlərin miqdarında, ağır maliyyə böhranında və artan işsizlikdə aydın görülürdü. 1923 – cü ildə bank itkiləri ÜDM – nin 7% – i həcmində idi. Ümumi işsizlik 1919 – cu ildəki 1% – dən 1926 – 1927 – ci illərdə 8% – in üzərinə qalxdı. Istehsal sənayesində isə eyni illərdə işsizlik 18% – dən çox artdı.

Balina ovu sənayesi gəmiçilik xidmətlərindəki sürətli inkişafa baxmayaraq ölkə, böyük dünya böhranı 1930 – cu ilin yayında avropanı vurana qədər təqdiredici bir uğur göstərmədi. Ən pis il 1931 – ci il oldu, ÜDM 8.4% azaldı. 1920 – 1933 – cü illər ərzində qiymətlər proqnozlaşdırılandan 63% daha çox azaldı.

Bütün bunlara baxmayaraq 1930 – cu illərin dünya böhranı digər qərb ölkələrinin çoxuna nəzərən Norveçdə daha mülayım və daha qısa keçdi.Çünki, 1920 – ci illərin deflyasyonist siyasəti Norveç şirkətlərini sağ qalmaq naminə daha məhsuldar çalışmağa məcbur etmişdi. 1931 – ci ilin 27 sentyabrında  Norveç, bir həftə sonra da İngiltərə valyutalarının qızıl qarşılığından imtina etdi. 1930 – cu illərdə ən yaxşı nəticə göstərən ölkələr qızıldan erkən imtina edən və bunun vasitəsi ilə də inflyasiya meyilli pul siyasəti yeridən ölkələr idi. Bunların arasında Norveç və onun ən əsas ticarət tərəfdaşları İngiltərə və İsveç də vardı.

Yenidən yaxşılaşma müddətində xüsusilə istehsal sənayesi ixrac malları və idxal əvəzedici mallarda böyümə  göstərdi. Buna əsas səbəb valyutanın dəyərinin düşməsi idi. Həmçinin, beynəlxalq ticarətin azalması nəticəsində beynəlxalq ticarət donanması kiçilirkən, Norveç gəmi sahiblərinin ilk olaraq buxar mühərriklərindən dizel mühərriklərinə keçməsi səbəbilə Norveç donanması sürətli inkişaf göstərdi.

Göstəricilər 1932 – ci ilin sonunda ən aşağı həddə düşdü. Yenidən yaxşılaşmaya və əhəmiyyətli böyümə dərəcələrinə baxmayaraq işsizlik 1931 – 1933 – cü illərdə 10 – 11% – ə çatdı.

Danimarka və Norveç, hər ikisi 1940 – cı il 9 apreldə  qəfil Alman hücumunun qurbanı oldular. İki aylıq döyüşlərdən sonra Norveç işğal olundu və hökümət İngiltərəyə qaçmalı oldu. O vaxtdan müharibənin sonuna kimi 2 Norveç iqtisadiyyatı mövcud idi :

1. Alman nəzarətində olan milli iqtisadiyyat
2. Xaricdəki Norveç vətəndaşları və müttəfiqlər nəzarətində olan iqtisadiyyat

Xaricdəki iqtisadiyyatı əsas olaraq Norveç ticarət donanması təşkil edirdi, hansı ki hələ də ümumdünya yük daşınmalarının 7% – ni əlində saxlayırdı. Bütün gəmilər dövlət şirkəti NORTASHİP – də birləşdirildi.

Eyni tarixdə Alman nəzarətli milli iqtisadiyyat isə istehsalın azalmaması, inflyasiya təzyiqi azaldılması və məcburi istehlak malları istehsalının qorunması üçün mübarizə aparırdı.

İqtisadi planlama və böyümə, 1945 – 1973

Müharibədən sonra əsas çətinlik iqtisadiyyatı yenidən qurmaq, siyasi və  iqtisadi gücə təkrar sahib olmaqdı. Norveç Fəhlə partiyası sosial – demokratik qanunlar yaratmaqla dövlət sektorunun böyüdülməsi və geniş olaraq mərkəzi planlama yolunu seçdi. Hökümət əvvəlcə ABŞ tərəfindən müharibədən zərər çəkmiş ölkələrə yardım olaraq təklif edilən yardıma isti yanaşmadı. Bununla belə,maliyyə çatışmamazlığı höküməti Marşal planını (ABŞ – ın post – müharibə ölkələrə yardım planı) qəbul etməyə məcbur etdi. 1948 – 1952 – ci illərdə olkə 400 milyon $ yardım qəbul etdi.

Yenidənqurma cəhdlərinin bir parçası olaraq Norveç Bretton – Woods sistemini qəbul etdi, GATT, BVF, Dünya Bankına üzv oldu. Ölkə həmçinin NATO – nun və BMT – nin üzvü olma yolunu tutdu. 1958 – ci ildə ölkə Avropa Ticarət Zonasına (EFTA) qoşuldu.Eyni ildə Norveç öz valyutası Kronu ABŞ valyutası dollara konvertibilite etdi.

1950 – 1973 – cü illər Norveç iqtisadiyyatının qızıl dövrü adlandırılır. Ortalama olaraq adambaşına ÜDM hər il 3.3% artış göstərdi. Xarici tixarət artdı, az miqdarda işsizlik müşahidə olundu, inflyasiya stabillik göstərdi. Çox hallarda belə nəticə geniş dövlət sektorunun və yaxşı iqtisadi planlamanın nəticəsi kimi izah edilir. Norveç modeli bu dövrdə, geniş dövlət sektorunun olmasına baxmayaraq uğurlu hesab edilir. Diqqətlə baxılarsa ,bəhs edilən dövrdə Norveçin iqtisadi artım tempi qərb ölkələrinin çoxundan daha aşağıdır. Ancaq ki, yüksək iqtisadi artımla müşahidə olunmasa belə, Norveç modeli sosial təhlükəsizlik və nisbətən ədalətli rifah dağılımı ilə nəticələndi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər