Norveç kralı V Harald xəstəxanaya yerləşdirilib.
“Nord News” verdiyi xəbərə görə, bu barədə kral sarayı məlumat yayıb.
Bildirilib ki, V Harald Osloda Milli Xəstəxanaya yerləşdirilib. 83 yaşlı kralın səhhətindəki problem açıqlanmayıb.
Kralın səlahiyyətlərini gün ərzində vəliəhd şahzadə Haakon icra edəcək.