13 C
Baku
Saturday, November 23, 2024

Norveç Mərkəzi Bankı faizlərə toxunmadı: kronun dəyər qazanma imkanları yüksəlib

Norveç kronu növbəti aylarda əhəmiyyətli dərəcədə bahalaşa bilər və bu da “Norges Bank”ına (Mərkəzi Bank) faiz dərəcələrini gözləniləndən daha tez endirmə imkanı yarada bilər

Banker.az-ın İnvestisya bölməsi xəbər verir ki, bu barədə “Monex Europe”-dən Wall Street Journal”a bildirilir.

“Faiz fərqləri ABŞ-da PUL siyasət yumşaldıqca və Avrozonada faiz endirimləri davam etdikcə kronun dəyər qazanmasını dəstəkləməlidir”- deyə, “Monex”in valyuta analitiki Nik Riz qeydində yazır.

O, neft qiymətlərinin yaxşılaşmasının və risk sentimentinin əlavə dəstək verə biləcəyini bildirir. N.Riz qeyd edir ki, kronun monetar siyasətçilərinin gözlədiyindən daha sürətli möhkəmlənə biləcəyi üçün ilk faiz endirimi dekabr ayında ehtimal olunur.

Norges Bank cümə axşamı faizləri 4.5%-də sabit saxlayaraq yaxın vaxtlarda faiz dərəcələrinin dəyişməyəcəyini gözlədiyini bildirdiyi kimi, valyutanın son zəifliyi ilə bağlı narahatlıqlarını ifadə edib.

Norveç kronu ABŞ dollarına qarşı ilin əvvəlindən 5.46 faiz, əsas ticarət tərəfdaşının valyutası avroya qarşı isə 5.16% ucuzlaşıb.

Son xəbərlər
Digər xəbərlər