10 C
Baku
Friday, December 13, 2024

Norveç neft fondu ilk dəfə bərpa olunan enerjiyə vəsait yatırıb

Norveçin “Norges Bank İnvestment Management” (NMIB; Norveç Bankı Sərmayə İdarəçiliyi) fondu 1.375 milyon dollara Niderlandın dənizdə yerləşən “Borssele 1 – 2” yel enerjisi sahəsində 50 faizlik pay əldə edib.

Bu gün imzalanmış müqavilənin cari ilin ikinci, yaxud üçüncü rübündə başa çatdırılacağı gözlənilir.

Layihənin qalan hissəsi yel sahəsinin opratoru “Orsted” şirkətinin əlində qalacaq. 752 mVt gücünə malik “Borssele 1 – 2” yel enerjisi sahəsinin istehsal etdiyi elektrik enerjisi 1 milyonadək ev təsərrüfatının illik enerji istehlakına yaxındır.

Qeyd edək ki, NMİB bərpa olunan enerji sahəsinə sərmayə yatırmaq icazəsini 2019-cu ildə alıb. Dünyanın ən böyük sərmayə fondlarından olan NMIB Norveç Dövlət Təqaüd Fondunu və Norveç Bankının valyuta ehtiyatlarının əksər hissəsini idarə edir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər