27 C
Baku
Sunday, April 28, 2024

Norveç öz kontingentinin Litvada NATO missiyasında iştirakını 2024-cü ilə qədər uzadacaq

Norveç hakimiyyəti öz kontingentinin Litvada NATO missiyasında iştirakını 2024-cü ilə qədər uzatmaq qərarına gəlib.

Bu barədə krallıq hökumətinin saytında dərc olunan press-relizdə deyilir.

“Baltikyanı ölkələr bizim müttəfiqlərimizdir. Bizim varlığımız onların təhlükəsizliyini gücləndirir. Buna görə də hökumət Norveç qoşunlarının 2024-cü ilə qədər Litvada mövcudluğunu saxlamaq qərarına gəlib”, – baş nazir Jonas Qahr Störe NATO sammitindən əvvəl deyib.

NATO-nun Litvadakı qüvvələrinin bir hissəsi olan Norveç kontingenti 150 nəfərə qədər olan bir missiyadır. O, 2017-ci ildən Litva ərazisində yerləşdirilib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər