29 C
Baku
Wednesday, June 26, 2024

Norveç parlamenti Stoltenberqin Mərkəzi Bankın rəhbəri təyin edilməsinə baxacaq

Norveç Parlamentinin Nəzarət Komitəsi cümə günü növbədənkənar iclas keçirərək, NATO-nun baş katibi Yens Stoltenberqin ölkənin Mərkəzi Bankına rəhbər təyin edilməsi ilə bağlı deputatların məktubuna hökumətin cavabını nəzərdən keçirəcək.

Bu barədə Norveç Teleqraf Bürosu məlumat yayıb.

Ötən həftə maliyyə naziri Tryuqve Slaqsvoll Vedum və baş nazir Yonas Qah Styora göndərilən məktub təyinat prosesi və onun şəffaflığı ilə bağlı 21 sualdan ibarətdir.

“Təsdiq edə bilərəm ki, Stoltenberqin təyinatı ilə bağlı cavablar almışıq. Növbəti addımı müzakirə etmək üçün cümə günü növbədənkənar iclas çağırıram”, – komitənin rəhbəri Peter Fryelix bildirib.

Qeyd edək ki, Stoltenberqin təyinatı fevralın əvvəlində elan edilib. O, oktyabrın 1-dən NATO-da mandatı başa çatdıqdan sonra yeni işinə başlayacağını bildirib. Stoltenberq 6 il Mərkəzi Bankın rəhbəri vəzifəsini icra edəcək. Martın 1-dən vəzifəyə başlayana qədər banka müvəqqəti olaraq vitse-prezident İda Volden Bahe rəhbərlik edəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər