Rusiya vətəndaşları yerli təşkilatlar tərəfindən ölkəyə dəvət olunsalar belə, Norveçə viza ala bilməyəcəklər.
Qeyd olunub ki, artıq bir neçə aydır ki, Norveç şirkətləri dəvətlə Rusiya vətəndaşları üçün bir dəfə də olsun səfər təşkil edə bilməyiblər.
Birinci problem viza almaqdır, çünki viza mərkəzində slot almaq mümkün deyil. Digər tərəfdən rəsmi Oslo Rusiya vətəndaşlarının vətənlərinə dönməyəcəyindən ehtiyat edir.
Nəşr əlavə edir ki, sentyabr ayında xərçəng xəstələrinə kömək məqsədilə Rusiya-Norveç layihəsinin iştirakçılarına viza verilməsindən imtina edilib. Könüllülərə və xəstələrə Rusiya Federasiyasına qayıtmaq üçün kifayət qədər əlaqələrin olmadığı bildirilib.