Norveç hökuməti Rusiyadan xam neft və neft məhsullarının idxalını qadağan edib.
Bu barədə Norveçin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, ölkə Avropa İttifaqının tətbiq etdiyio sanksiyalıara qoşulur. Qadağa dərhal qüvvəyə minsə də, keçid dövrü müəyyən edilib. 2022-ci il dekabrın 5-dək xam neft, 2023-cü il fevralın 5-dək hazır neft məhsullarının idxalına icazə verilir. Həmçinin Rusiya neftinin üçüncü ölkələrtə ötürülməsinə texniki yardım göstərilməsi də qadağan edilib.