15 C
Baku
Saturday, April 20, 2024

Norveç Rusiyaya qarşı yeni sanksiyalar qəbul edib

Norveç Avropa İttifaqının Rusiyaya qarşı altıncı sanksiyalar paketini dəstəkləyib, Banker.az bu barədə “Rt.ru”ya istinadən xəbər verir.

“Biz Rusiyadan Norveçə dəniz yolu ilə neft idxalını qadağan edirik”, – deyə krallığın Xarici İşlər Nazirliyi bildirib.

Qeyd olunur ki, qadağa dərhal qüvvəyə minsə də, xam neftin tədarükü üçün 2022-ci il dekabrın 5-dək, neft məhsulların tədarükü üçün isə 2023-cü il fevralın 5-dək keçid dövrü nəzərdə tutulub.

Bundan əlavə, Norveç 65 Rusiya vətəndaşı 18 Rusiya təşkilatına qarşı sanksiya tətbiq edib.

Mayın sonunda məlum olub ki, Aİ ölkələri Rusiya neftinin idxalına qismən qadağa qoyulması barədə razılığa gəliblər və bir neçə gün sonra Aİ Moskvaya qarşı altıncı sanksiyalar paketini təsdiqləyib.

 O, “Sberbank”, “Rosselxozbank” və Moskva Kredit Bankının SWIFT-dən ayrılmasını, habelə Rusiyadan neft idxalının qismən qadağan edilməsini nəzərdə tutur.

Son xəbərlər
Digər xəbərlər