4 C
Baku
Monday, December 5, 2022

Norveç rusların ölkəyə girişini məhdudlaşdıra bilər

Norveç hökuməti Finlandiya kimi Rusiyadan gələn turistlər üçün ölkəyə giriş qadağası tətbiq etməyi düşünür, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

“Lazım gələrsə, sərhədi bağlayacağıq, ən qısa müddətdə dəyişikliklər baş verə bilər. Finlandiya ilə müqayisədə Norveçə az sayda turist gəlib. Biz sərhəddəki hadisələrlə bağlı polis və gömrüklə sıx dialoq aparırıq və hadisələri yaxından izləyirik”, – deyə Norveçin Ədliyyə və Fövqəladə Hallar Naziri Emili Enger Mehl bildirib.

Bundan əvvəl Finlandiya turist vizası ilə ruslar üçün sərhədini bağlamışdı.

Son xəbərlər
Digər xəbərlər
X