13 C
Baku
Tuesday, October 22, 2024

Norveç səfiri Rusiya XİN-ə çağırılıb

Norveçin Rusiyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.

Səfirin çağırılmasına səbəb kimi Norveç hakimiyyətinin sovet əsgərlərinin xatirəsini yad edən tədbirləri pozmaq cəhdləri göstərilib.

Nazirliyin məlumatına görə, səfirə ciddi şəkildə bildirilib ki, Rusiya nümayəndələrinin anım mərasimləri keçirmək hüquqlarının məhdudlaşdırılması yolverilməzdir.

Son xəbərlər
Digər xəbərlər