8 C
Baku
Thursday, December 12, 2024

Norveç Sərvət Fondunun investisiya zərəri $164 milyardı ötüb

Dünyanın aparıcı dövlət sərvət fondlarından biri olan Norveç Sərvət Fondunun, Rusiya-Ukrayna müharibəsi və yüksək inflyasiyanın təsiri ilə 2022-ci ildə investisiya zərəri 1.637 trilyon Norveç kronu (164.4 milyard ABŞ dolları) səviyyəsində olub.

Bu, 2008-ci il maliyyə böhranından (633 milyard Norveç kronu) sonrakı dövrdə ən böyük itkidir.

Xatırladaq ki, Norveç Sərvət Fondu 1990-cı ildən etibarən ölkənin neft və təbii qaz hasilatının gəlirliliyi ilə səhmlərə, istiqrazlara və daşınmaz əmlak bazarlarına sərmayə qoyur. Norveç hökuməti fondun gəlirlərinin çox az hissəsini istifadə edə bilər, qalan hissəsi isə gələcək nəsillər üçün saxlanılır.

Fondun Norveçdən kənarda 70 ölkədə və 9 338-dən çox şirkətdə investisiyaları var. Dünya birjalarında səhmlərin 1.3 %-nə sahibdir. Fond son illər bərpa olunan enerji layihələrinə böyük sərmayələr yatırır.

Bu il yanvarın 1-nə Norveç Sərvət Fondunun bazar dəyəri 12.429 trilyon Norveç kronu (1.24 trilyon ABŞ dolları) təşkil edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər