2 C
Baku
Monday, March 4, 2024

Norveç şirkəti Azərbaycandakı aktivlərini zərərlə satıb

Norveçin “Equinor” enerji şirkəti 2024-cü ildə ölkədəki aktivlərini Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) satmaq üçün razılaşmanı imzalamağı planlaşdırır.

Banker.az bu barədə şirkətin 2023-cü ilin dördüncü rübü üzrə hesabatına istinadən xəbər verir ki,  ötən ilin sonunda “Equinor” Azərbaycandakı layihələrdən planlaşdırılan çıxışı ilə bağlı 310 milyon ABŞ dolları zərər edib.

Qeyd edək ki, 2023-cü ilin dekabrın 22-də “Equinor” Azərbaycandakı aktivlərini satmaq üçün SOCAR ilə müqavilə bağlayıb. Sövdələşməyə görə, “Equinor” SOCAR-a “Azəri-Çıraq-Günəşli” blokunun işlənməsi layihəsində 7.27 %, Bakı-Tbilisi-Ceyhan neft kəmərində 8.71 %, “Qarabağ” yatağının işlənməsi layihəsində isə 50 % satıb.

Son xəbərlər
Digər xəbərlər