Azərbaycanda mikromaliyyə bazarında fəaliyətdə olan Norveç kapitallı BOKT “Viator Mikrokredit Azərbaycan” MMC 2023-cü ili 594 min manat xalis mənfəətlə başa vurub. Halbu ki, 2022-ci ildə bu rəqəm 149 min manat idi.
Banker.az BOKT-nin audit hesabatına istinadla xəbər verir ki, kredit təşkilatı faiz gəlirlərini illik müqayisədə 19 faiz artımla 1.805 mln. manata yüksəldib.
BOKT əsas fəaliyət sahəsi – kredit portfelini illik müqayisədə 29 faiz artımla 8.112 mln. manata yüksəldib. Cəmi aktivlərin həcmi 8.775 mln. manat təşkil edib.
“Viator Mikrokredit Azərbaycan” müddətli borclarının həcminin 2.049 mln. manatdan 3.287 mln. manata yüksəltməsi nəticəsində öhdəliklər 3.673 mln. manata yüksəlib.
Səhmdar (100% payla) Norveç şirkəti “Viator” illərlə təşkilatın mənfəətlə işləməsinə rəğmən onun kapital mövqeyi ilə bağlı israrlıdır. Son ildəki, xalis mənfəətdən sonra onun kapital balansındakı bölüşdürülməmiş mənfəət 4.319 mln. manata yüksəlsə də, hər hansısa dividend ödənişləri etməyib.
8 milyon manat nizamnamə kapitalının olmasına rəğmən, BOKT nizamnamə kapitalına getməyib və cəmi 0.638 mln. manat nizamnamə kapitalı var.