Norveç Ukraynanı təbii qazla təmin etmək üçün 200 milyon dollar maliyyə vəsaiti ayırıb.
Bunu Norveçin Baş naziri Yonas Qar Styore bildirib.
“Ukrayna Norveçdən enerji resurslarına çıxışın təmin edilməsinə yardım göstərməsini xahiş edib. Payız və qış mövsümlərində Kiyevin “mavi yanacaq” alması üçün 200 milyon dollar maliyyə yardımından istifadə etməyi təklif etdik”, – o deyib.
Y.Q.Styore vurğulayıb ki, təbii qaz, ilk növbədə, xəstəxanaların və məktəblərin isidilməsi üçün istifadə olunacaq.