Norveç Ukraynaya əlavə olaraq 630 mln. dollar ayıracaq

Norveç krallığın 2024-cü il büdcəsindən Kiyevə 7 milyard kron (632 milyon dollar) məbləğində əlavə yardım göndərəcək.

Bu barədə ölkənin Baş naziri Yonas Qar Störe məlumat yayıb.

Onun sözlərinə görə, ayrılan məbləğdən 6 milyard kron (540 milyon dollar) Ukraynaya hərbi yardım göndərmək üçün istifadə olunacaq.

Qalan vəsait humanitar və vətəndaş proqramlarının maliyyələşdirilməsinə yönəldiləcək.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər