12 C
Baku
Monday, November 25, 2024

Norveç Ukraynaya birbaşa silah və müdafiə məhsullarının satışına icazə verib

Norveç hökuməti ölkə şirkətlərinə yanvarın 1-dən Ukraynaya birbaşa silah və müdafiə məhsulları ixrac etməyə icazə verib.

Bu barədə hökumətin saytında dərc olunan bəyanatda deyilir.

Norveçin Ukraynaya dəstəyi 4 istiqamət üzrə həyata keçirilir: öz ehtiyatlarından vəsaitin ayrılması, beynəlxalq əməkdaşlıq mexanizmləri və fondlar vasitəsilə maliyyə təminatı, müdafiə sənayesindən yardım və Ukrayna hərbçilərinin hazırlanması.

Artıq Norveç şirkətləri Kiyevə birbaşa silah və müdafiə təyinatlı məhsullar satmaq üçün ixrac lisenziyası ilə bağlı Xarici İşlər Nazirliyinə müraciət edə biləcəklər.

İxrac lisenziyaları verilərkən ərizələr Ukraynanın ehtiyacları əsasında və Norveç ixrac qanunvericiliyinə uyğun olaraq hər bir halda diqqətlə nəzərdən keçiriləcək.

Son xəbərlər
Digər xəbərlər