Ukraynanın müdafiə naziri Aleksey Reznikov norveçli həmkarı Byorn Arild Qramla telefon danışığı aparıb.
Məlumatı Reznikov öz “Twitter” səhifəsində yayıb.
Ukraynalı nazir bildirib ki, Norveç Ukraynaya yeni hərbi yardım paketi göndərəcək. O əlavə edib ki, bundan əlavə, Norveç Ukrayna əsgərlərinə təlim keçəcək.