Norveç vətəndaşları arasında ölkənin neft fondundan vəsaitdən payını götürmək istəyənlərin sayı getdikcə artır.
Banker.az xəbər verir ki, Report agentliyi bu barədə xarici mətbuata istinadən xəbər verir.
Xatırladaq ki, ötən ay fondun aktivləri 1,1 trilyon ABŞ dollarına çatıb. Hazırda 5,3 milyon əhalisi olan Norveçdə hər ölkə vətəndaşına fonddan orta hesabla 207,5 min dollar pul düşür.