Norveçdə yerləşən kiçik Sture Futoya adası satışa çıxarılıb.
Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
Yerli “NRK” telekanalının verdiyi məlumata görə, adanın qiyməti 2 milyon kron və ya 200 min avro təşkil edir. Yüz ildən çoxdur ki, bu adada heç kim yaşamır.
“Ada bir neçə nəsil bizim ailəyə məxsus olub. Bu gün ondan istifadə etmək üçün bir fürsət görmürük, bəlkə kimsə bunu daha yaxşı edə biləcək”, – deyə adanın sahiblərindən biri Hans Nilsen söyləyib.
1911-ci ilə qədər ada qumlu çimərlik olub, onun kiçik gölləri və dağları olub. Qeyd edək ki, ilk dəfə bu ada 850 krona satılıb. Sonra ada Kristiansen ailəsinə satılsa da, cütlük heç vaxt ondan istifadə etməyib. Ölümdən sonra Sture Futoya adası onların uşaqlarına miras qalıb.
Əmlak agenti Kristina Lanqfyel qeyd edib ki, son dövrdə ada alışı dəbə düşüb. 2020-ci ilin yayında da belə bir obyekt satılıb. Qiymət 1 milyon krondan (98 368 dollar) başlasa da, ada 4.3 milyon krona (423 000 dollar) satılıb.