8 C
Baku
Thursday, December 12, 2024

Norveçdə inflyasiya son 34 ildə rekord həddə çatıb

Norveçdə mal və xidmətlərin qiymətləri son 12 ayda orta hesabla 6,3% artıb ki, bu da 1988-ci ildən bəri ən yüksək göstəricidir.

Bu barədə krallığın Mərkəzi Statistika Bürosu (MSB) məlumat yayıb.

“İyun ayında illik inflyasiyanın daha da sürətlənməsinə ilk növbədə yanacaq və ərzaq qiymətlərinin artması kömək edib, sonuncu isə təkcə son bir ayda 2% artıb”, – deyə MSB sözçüsü Espen Kristiansen bildirib.

Onun sözlərinə görə, Norveçdə ərzaq qiymətləri iyun ayında “qeyri-adi yüksək səviyyəyə” çatıb.

Bundan əvvəl Norveç Mərkəzi Bankı əsas uçot dərəcəsini iki dəfə artırıb (1,25%-ə qədər) və inflyasiya səbəbindən onun gələcək artımını proqnozlaşdırıb. Ötən ay krallıqda “AI-95” markalı benzinin qiyməti tarixdə ilk dəfə bir litr üçün 27 kron (təxminən 2,97 dollar) təşkil edib.

Son xəbərlər
Digər xəbərlər