“Storebrand” bankı müsəlman müştərilərə borc faizini qadağan edən şəriət normalarına uyğun kreditləşdirmə təklif etməyə başlayıb.
Bankdan verilən açıqlamada bildirirlər ki, faizsiz kredit üçün çox vaxt mənzil almaq istəyən, amma öz etiqadına görə ənənəvi krediti qəbul edə bilməyən müsəlman müştərilər müraciət edirlər. Bankın mütəxəssisləri İslamın maliyyə kreditləri üzrə faiz və rüsum alınmasını qadağan etməsinə görə belə addım atdıqlarını bildiriblər.
Xəbəri “Euronews” verib.