6 C
Baku
Saturday, December 14, 2024

Norveçin Azərbaycandakı BOKT-u ünvanını dəyişir, “Caspian Plaza”ya köçür

Bank Olmayan Kredit Təşkilatı “Viator Mikro Kredit Azərbaycan” MMC hüquqi ünvanını dəyişib.

Banker.az xəbər verir ki, Norveç kapitallı BOKT bundan sonra Bakı şəhəri Yasamal rayonu, Cəfər Cabbarlı, ev 44 ünvanında fəaliyyət göstərəcək. Bildirək ki, bu ünvanda “Caspian Plaza” yerləşir.

Bundan öncə isə “Viator Mikro Kredit Azərbaycan” eyni rayonda Bəşir Səfəroğlu, ev 133 ünvanında fəaliyyət göstərirdi.

“Viator Mikro Kredit Azərbaycan” 2002-ci ildə yaradılıb və 694 min manat nizamnamə kapitalına sahibdir. Kapitalının 100%-i Norveçin “VIATOR AS” Missioner Təşkilatına məxsusdur.

Son xəbərlər
Digər xəbərlər