12 C
Baku
Wednesday, December 11, 2024

Norveçin Azərbaycandakı BOKT-u məhkəməyə verilib

Bank Olmayan Kredit Təşkilatı “Viator Mikro Kredit Azərbaycan” MMC məhkəməyə verilib.

Banker.az xəbər verir ki, buna səbəb İctimai Qayda, İctimai Təhlükəsizlik və İctimai Mənəviyyat Əleyhinə Olan İnzibati Xətalardır.

Belə ki, BOKT barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə protokol tərtib olunub.

İş hakim Orxan Cəfərlinin icraatına verilib.

Qeyd edək ki, həmin maddəyə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Xatırladaq ki, “Viator Mikro Kredit Azərbaycan” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 694 min manatdır. BOKT-un təsisçisi Norveçin “Viator AS” missioner təşkilatıdır.

Son xəbərlər
Digər xəbərlər