11 C
Baku
Sunday, December 8, 2024

Norveçin neft fondu 173 milyard dollar zərərə düşüb

Norveçin neft fondu 2022-ci ilin birinci yarısında 173 milyard dollar zərərə düşüb. Bu məbləğ onun bütün investisiyalarının dəyərinin 14.4%-ni təşkil edir.

Bu barədə təşkilatın çərşənbə günü yaydığı məlumatda deyilir.

“Bu vəziyyət Avropada faiz dərəcələrinin artması, yüksək inflyasiya və Ukrayna müharibəsi nəticəsində yaranıb. Fondun səhmlərə yatırdığı investisiyaların dəyəri 17%, istiqrazların dəyəri isə  9.3% ucuzlaşıb. Xüsusən də texnologiya şirkətlərinin səhmləri  28% dəyərdən düşüb”, – deyə fondun rəhbəri Nikolay Tangen bildirib.

O əlavə edib ki, son 6 ayda müsbət dinamikanı yalnız enerji sektoru göstərib – 13%. Həmçinin fondun daşınmaz əmlaka investisiyaları da 7.1% dəyər qazanıb.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər