20 C
Baku
Thursday, June 1, 2023

Norveçin neft-qaz şirkəti Rusiyadakı aktivlərini 1 avroya satıb

Kredit üçün müraciət et

Müraciət et, bütün banklardan təklif al

Norveçin neft-qaz şirkəti “Equinor” Rusiyadakı aktivlərini 1 avroya “Rosneft”ə satıb. Bunun müqabilində Rusiya şirkəti 1 milyard dollarlıq investisiya öhdəliyinə yerinə yetirməlidir.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

“Equinor” nümayəndələri bildiriblər ki, şirkət bütün öhdəlikləri yerinə yetirib. 2022-ci ilin birinci rübündə “Equinor”un Rusiyadakı aktivlərinin balans dəyəri 1.1 milyard dollar olaraq qiymətləndirilib.

Norveçin neft-qaz şirkəti 2022-ci il may ayının sonunda Rusiyadakı dörd birgə müəssisədən çıxıb. Gələcək öhdəliklərdən azad olmaq üçün şirkət payını “Rosneft”ə köçürüb. Həmçinin, Ukraynada müharibə başlayandan sonra “Equinor” Rusiyaya sərmayə qoymağı və Rusiya nefti və qazı ilə ticarəti dayandırıb.

Son xəbərlər
Digər xəbərlər
X