“Norwegian Air” sifariş verdiyi 97 “Boeing” təyyarəsindən imtina edib

Norveçin “Norwegian Air” aviakompaniyası 97 ədəd “Boeing” təyyarəsinin sifarişindən imtina edib və “Boeing 737 MAX” laynerlərinin istifadəsinin dayandırılmasına, həmçinin “Boeing 787 Dreamliner” laynerlərinin mühərrikində aşkar olunan problemlərə görə Amerika korporasiyasından təzminat istəyib.

“Norwegian Air” aviakompaniyası 92 ədəd “Boeing 737 MAX” və 5 ədəd “Boeing 787 Dreamliner” laynerinin sifarişini ləğv edib, həmçinin onların xidməti üzrə sazişi dayandırıb.

ABŞ-ın Federal Mülki Aviasiya İdarəsi və “Boeing” kompaniyası iyunun 29-da “Boeing 737 MAX” laynerlərinin MCAS sertifikasiya çərçivəsində uçuş sınaqlarına başlayıb. Uçuş zamanı Efiopiya və İndoneziyada bu model təyyarələrin qəzasına səbəb olan MCAS-ın (Maneuvering Characteristics Augmentation System – Manevr xarakteristikasını yaxşılaşdırma sistemi) dəyişdirilmiş müdafiə sistemi sınaqdan keçirilir.

Xatırladaq ki, “Ethiopian Airlines” aviakompaniyasına məxsus “Boeing 737-MAX” təyyarəsi 2019-cu il martın 10-da Efiopiyanın paytaxtından 60 kilometr şərqdə qəzaya uğramışdı. Qəza nəticəsində təyyarənin göyərtəsindəki 157 sərnişin, o cümlədən 8 ekipaj üzvü həlak olmuşdu. Bundan bir müddət əvvəl – 2018-ci il oktyabrın 29-da isə İndoneziyanın “Lion Air” aviakompaniyasına məxsus eyni modelli təyyarənin qəzaya uğraması nəticəsində 181 sərnişin və 8 ekipaj üzvü həyatını itirmişdi.

“Boeing” kompaniyası qəzadan öncə hər iki təyyarənin MCAS sisteminin işində nasazlıq olduğunu etiraf etmişdi. Bundan sonra ABŞ və Avropa İttifaqı dövlətləri də daxil olmaqla, bir çox ölkə bu modelli təyyarələrdən istifadəni dayandırmışdı.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları