2 C
Baku
Monday, March 4, 2024

“Norwegian” Ukrayna üzərindən uçuşları dayandırıb

Norveçin “Norwegian” aviaşirkəti Ukrayna üzərindən uçuşları müvəqqəti dayandırıb.

Bu barədə TV2 xəbər verir.

Şirkətdən verilən məlumata görə, bu qərar təhlükəsizlik riskinin artması səbəbindən qəbul edilib.

“Biz bu qərarı təhlükəsizlik vəziyyətinin təhlili əsasında qəbul etdik. Müvəqqəti olaraq Ukrayna üzərindən uçmamaq qərarına gəldik”, – deyə şirkətin sözçüsü Esben Tuman bildirib.

Qeyd edək ki, Niderlandın KLM aviaşirkəti də Ukrayna üzərindən uçuşları dayandırıb. Qərar “Rusiyanın Ukraynaya mümkün müdaxiləsi” ilə bağlı narahatlıqlar fonunda qəbul edilib. Norveç və bir neçə ölkənin hökuməti təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar həmvətənlərini Ukrayna ərazisini tez bir zamanda tərk etməyə çağırıb. Rusiya Federasiyası Ukraynaya qarşı hazırlanan işğalla bağlı məlumatları təkzib edir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər