29 noyabr 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100465S dövlət qeydiyyat nömrəli, 350 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Bu barədə BAnker.az-a AMB-dən məlumat daxil olub.
Hərrac zamanı 18 investor tərəfindən qiyməti 99.2278 AZN (10.01%) olan 25 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 701 224 600,00 AZN olmuşdur.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.2278 AZN (10.01%), orta ölçülmüş qiyməti 99.2278 AZN (10.01%) müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 350 000 000,00 AZN təşkil etmişdir.
Notların ödəmə tarixi 27.12.2017