23 C
Baku
Thursday, September 21, 2023

“Nothing” yeni elektronika brendini təqdim edib

Kredit üçün müraciət et

Müraciət et, bütün banklardan təklif al

“Nothing” şirkətinin qurucusu Karl Pey yeni CMF brendini yaratdığını elan edib, Banker.az bu barədə VC.ru-ya istinadən xəbər verir. Brendin adı “Color, Materials, Finish” (rəng, material və bitirmə) mənasını daşıyır.

Qeyd edək ki, “Nothing” əsasən yüksək keyfiyyətə, texnologiya və innovasiyalara bahalı cihazlar təqdim edir, CMF isə bütün diqqətini “zamansız dizayna” və aşağı büdcəli seqmentə yönəldəcək.

Cihazlar üzərində ayrıca komanda işləyəcək. 2023-cü ilin sonuna qədər ilk məhsullar – qulaqlıqlar və ağıllı saatlar təqdim ediləcək. Onların texniki xüsusiyyətləri hələ məlum deyil.

“Nothing” brendi “OnePlus”ın həmtəsisçisi Karl Pein tərəfindən 2021-ci ildə təqdim edilib. Şirkət artıq bir neçə “şəffaf” qulaqlıqlar və smartfonlar buraxıb.

Son xəbərlər
Digər xəbərlər
X