14 C
Baku
Monday, December 1, 2025

“Nova Credit” BOKT-un vəzifəli şəxsi 4 000 manat cərimələnib

Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət tədbirləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Qanunun 22.1-ci maddəsinin və “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələbləri pozulduğu müəyyən edilib.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə uyğun olaraq, “Nova Credit” Bank olmayan kredit təşkilatının vəzifəli şəxsi 4 000 manat məbləğində cərimələnib.

Xatırladaq ki, “Nova Credit” 2023-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır.

Son xəbərlər
Digər xəbərlər