10 C
Baku
Thursday, December 12, 2024

“Nova Credit BOKT”un kapitalı 1 mln. manata qaldırılıb

Azərbaycan Mərkəzi Bankı tərəfindən yenicə lisenziya əldə edən “Nova Credit Bank Olmayan Kredit Təşkilatı” MMC-nin nizamnamə kapitalı artırılaraq 1 milyon manata qaldırılıb.

Banker.az xəbər verir ki, BOKT-nin kapitalı 300 min manatdan 1 milyon manata qaldırılıb.

“Nova Credit BOKT” 2023-cü ilin mayında təsis edilib və ilk yaradılarkən 300 min manat nizamnamə kapitalı vardı.

Onun icraedici orqanın rəhbəri Həsən İsrafilzadə Fazil oğludur. BOKT-nin Müşahidə Şurasında sədr kimi Fazil İsrafilov Həsən Ağa oğlu, üzvlər isə Azər Süleymanlı Bəxtiyar oğlu və Kamran Abbasov Maarif oğludur.

Son xəbərlər
Digər xəbərlər