21 C
Baku
Wednesday, June 4, 2025

“Nova Kredit BOKT”nin keçənilki zərəri 7 dəfə artıb

“Nova Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC 2024-cü ili 72 min manat zərərlə başa vurub. Bu nəticə, əvvəlki il olan 2023-də qeydə alınmış 10 min manatlıq zərərlə müqayisədə 7 dəfədən çox artım deməkdir.

Banker.az bunu BOKT-nin illik audit hesabatına istinadən xəbər verir.

Bununla da, yığılmış zərər ötən ilki 10 min manatdan bu il 82 min manata yüksəlib.

BOKT bu dövrdə 1 min manat məbləğində faiz gəliri əldə edib. Kreditlər üzrə ehtiyat ayrılmadığı üçün xalis faiz gəliri də eyni səviyyədə qalıb. Bundan əlavə, şirkətin haqq və komissiya gəlirləri 37 min manata çatıb.

Əsas xərc istiqamətləri arasında inzibati və digər əməliyyat xərcləri liderlik edir – bu kateqoriyada 107 min manat xərclənib. Komissiya xərcləri isə 1 min manatdan bir qədər çox olub. Nəticə etibarilə, vergidən əvvəlki mənfi nəticə olaraq 72 min manatlıq zərər qeydə alınıb.

2024-cü ilin sonuna “Nova Kredit”in ümumi aktivləri 1 milyon 87 min manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 9,6% artım deməkdir. Ötən il bu rəqəm 991 min manat idi).

Nəticədə, “Nova Kredit”in kapital və ehtiyatlarının cəmi 2023-cü ildəki 990 min manatdan 2024-cü ildə 918 min manata düşüb – bu da təxminən 7% azalma deməkdir.

n38

Son xəbərlər
Digər xəbərlər