Rusiyanın mart ayında gündəlik neft hasilatını 500 min barel azaltmaq qərarı könüllüdür və beynəlxalq məsləhətləşmələr olmadan qəbul edilib.
Bu barədə Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak bildirib.
“Bu, könüllü azalmadır – bu barədə heç kimlə məsləhətləşmələr aparılmayıb”, – Aleksandr Novak qeyd edib.
Öncə Aleksandr Novak Rusiyanın mart ayında neft hasilatını könüllü olaraq sutkada 0.5 milyon barel azaldacağını bildirib.