28 C
Baku
Saturday, July 27, 2024

“Total” şirkəti LNG terminalının operatoru ola bilər

“Total” Murmanskda “Novatek” şirkətinin tikiləcək LNG terminalının operatoru olmaq istəyir.

Banker.az report-a istinadən xəbər verir ki, bu barədə “Novatek”in rəhbəri Leonid Mixelson Dünya İqtisadi Forumunda bildirib.

“Tərəfdaşlara ehtiyac olmasa da, hansısa operatoru cəlb edəcəyik. Ola bilsin, daimi ortağımız kimi “Total” oldu, onlar da istəyirlər. İstək bitməsə, onların da paya daxil olmalarına və zərncirin tamamilə şəffaf olmasına razı olacağıq”, – L.Mixelson deyib.

Qeyd edək ki, “Novatek” Murmansk vilayətinin Ura buxtasında LNG aşırılma və saxlama kompleksi inşa etməyi planlaşdırır. Aşırmaların həcmi ildə 20 milyon ton ola bilər. Layihəyə kapital xərcləri 108 milyard rubl (özəl – 69,5 milyard rubl, büdcə – 38,5 milyard rubl) qiymətləndirilir.

Son xəbərlər
Digər xəbərlər