3 C
Baku
Saturday, February 24, 2024

Növbəti hərracda 18 nəqliyyat vasitəsi satılıb 

Rəqabət şəraitində keçən hərraca çıxarılmış nəqliyyat vasitələrinə ümumilikdə 114 sifariş qəbul edilib.

Banker.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 18 nəqliyyat vasitəsi satılıb. Hərrac rəqabətli keçib. Belə ki, “Toyota Camry” markalı avtomobilin start qiyməti 9.000 manat olsa da, son təklif 15.000 manata yüksəlib. Start qiyməti 3.500 manat olan “QAZ 3302-18 Yük” markalı nəqliyyat vasitəsi 7.035 manata özəlləşdirilib.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://bit.ly/3tDcF3l  linki vasitəsilə keçid etməklə tanış olmaq olar.

Cari ay üzrə növbəti hərrac oktyabr ayının 31-də keçiriləcək. Hərraca 11 kiçik müəssisə, 2 yarımçıq tikili və 20 nəqliyyat vasitəsi çıxarılacaq. 

İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyərək iştirakçı statusu almaq olar. 

 

Son xəbərlər
Digər xəbərlər