16 C
Baku
Wednesday, October 16, 2024

Növbəti iki ildə dünya bazarlarında neftin qiyməti azalacağı proqnozlaşdırılır

Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) “Brent” markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu yeniləyib.

Bu barədə “ING Group”un avqust ayı üzrə proqnozunda bildirilir.

“ING Group”un proqnozuna əsasən, 2024-cü il üzrə “Brent” markalı neftin orta qiyməti 82 dollara (öncəki proqnoz – 84 dollar), 2025-ci ildə isə 77 dollar (öncəki proqnoz – 79 dollar) təşkil edəcək.

Bundan başqa “ING Group” “Brent”in 2026-cı ildə qiymətinin 75 dollar (proqnoz dəyişməyib) səviyyəsində olacağını proqnozlaşdırır.

Qeyd edək ki, “ING Group” hesablamalarına əsasən 2023-cü ildə “Brent” markalı neftinin orta qiyməti 82 dollar təşkil edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər