27 C
Baku
Wednesday, April 24, 2024

Növbəti il üçün Azərbaycanın diplomatik fəaliyyətinə ayrılan vəsaitin miqdarı açıqlanıb

2020-ci ildə beynəlxalq münasibətlər və beynəlxalq təşkilatlara üzvlükhaqqı xərcləri üçün dövlət büdcəsi xərclərinin 1,5 faizi həcmində və ya 412,8 milyon manat vəsait nəzərdə tutulub.

Banker.az xəbər verir ki, bu, Azərbaycanın 2020-ci ilin dövlət va icmal büdcələri üzrə sənəd layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, beynalxalq münasibətlər və beynəlxalq təşkilatlara üzvlükhaqqı xərclərinin 5,0 milyon manatı beynəlxalq maliyyə-kredit təşkilatlarına üzvlükhaqqı xərclərinə, 19,0 milyon manatı beynəlxalq ictimai-siyasi təşkilatlara üzvlükhaqqı xərclərinə (BMT-nin Katibliyi, İslam Əməkdaşlıq Təşkilatı və onun qurumları, Müstəqil Dövlətlər Birliyinə (MDB), Avropa Şurası və onun qurumları, Birləşmiş Nüvə Tədqiqatları İnstitutu və digər təşkilatlar), 145,3 milyon manatı Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərin və konsulluqların saxlanılması xərclərinə, 12,0 milyon manatı digər beynəlxalq fəaliyyət, xarici ölkələrə və beynəlxalq təşkilatlara yardımlar üzrə xərclərə yönləndiləcək.

Həmçinin, 2020-ci ildə beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün 231,5 milyon manat vasait proqnozlaşdırılır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər