Növbəti ayın qeyri-iş günləri məlum olub

0

Azərbaycanda 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü ilə əlaqədar iş olmayacaq.

Banker.az xəbər verir ki, həmin gün (noyabrın 9-u) şənbə gününə təsadüf etdiyindən noyabrın 11-i, həftənin bazar ertəsi də qeyri-iş günü hesab ediləcək.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Beləliklə, ardıcıl 3 gün – noyabrın 9-u, 10-u (bazar günü), 11-i iş olmayacaq.

Noyabrın 12-si (Konstitusiya Günü) isə iş günüdür.