10 C
Baku
Friday, December 13, 2024

Növbədənkənar parlament seçkilərinin keçirilməsini səbirsizliklə gözləyirik

“Növbədənkənar parlament seçkilərinin keçirilməsini səbirsizliklə gözləyirik”.

Bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov deyib.

Onun sözlərinə görə, hakim partiya parlament seçkilərində yaxından iştirak edəcək, namizədlərini irəli sürəcək: “Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin kifayət qədər reytininqini olması bizə ümid verir ki, qarşıdan gələn parlament seçkilərində YAP-ın irəli sürdüyü namizədlər Azərbaycan seçicilərinin böyük əksəriyyətinin rəğbətini və səsini qazanacaq. Beləliklə də YAP Azərbaycan parlamentində öz çoxluğunu qoruyub saxlaya biləcək”.

“Hesab edirəm ki, Azərbaycanın bütün vətəndaşları parlamentin vaxtından əvvəl buraxılması ilə əlaqədar YAP-ın təşəbbüsünü müsbət qiymətləndirir. Beləliklə də biz prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatlar strategiyasına hakimiyyətin digər bir qolunun da, yəni parlamentin də qoşulmasının şahidi oluruq. Parlamentin islahatlar sferasına cəlb olunması islahatların daha böyük sürətlə bə intensiv şəkildə həyata keçirilməsini təmin edəcək”- deyə Ə.Əhmədov qeyd edib.

©Report

Son xəbərlər
Digər xəbərlər