10 C
Baku
Friday, December 13, 2024

Növbəti 3 il ərzində Dövlət Neft Fondunu “PwC” audit edəcək

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2019, 2020, 2021-ci illər üzrə maliyyə fəaliyyətinin auditini keçirəcək şirkətin adını açıqlayıb.

Banker.az bu barədə ARDNF-ə istinad edir.

Xidmət təklifləri sorğusuna əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən nüfuzlu beynəlxalq auditor təşkilatları tərəfindən təqdim olunmuş təkliflərin qiymətləndirilməsi nəticəsində, ən münasib təklif vermiş “PricewaterhouseCoopers” (PwC) Audit Azərbaycan şirkəti müsabiqənin qalibi müəyyən edilib. 

Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnaməyə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti tərəfindən ARDNF-nin 2019, 2020, 2021-ci illər üzrə maliyyə fəaliyyətinin auditini keçirmək üçün auditor təyin edilmişdir.

Son xəbərlər
Digər xəbərlər