9 C
Baku
Monday, November 18, 2024

Növbəti 31 ildə Yaponiya əhalisinin sayı 25 milyon nəfər azalacaq

Yaponiyanın əhalisi, o cümlədən daimi əsaslarda bu ölkədə yaşayan əcnəbilərin sayı 2020-ci ilin oktyabrından 2021-ci ilin oktybarınadək olan dövrdə 644 min nəfər azalıb.

TASS xəbər verir ki, məlumatı Yaponiyanın İnzibati İşlər və Kommunikasiya üzrə Nazirliyi yayıb.

Bildirilib ki, son bir ildə ölkə əhalisinin sayı 0,51 faiz azalaraq 125,5 milyon nəfərə düşüb.

Məlumata görə, bu, XX əsrin ortalarından indiyədək ən böyük səviyyədə azalma göstəricisidir. Bildiriib ki, 2011-ci ildən indiyədək əhalinin sayının azalması 2,3 milyon nəfər təşkil edib. Bu demoqrafik proses tədricən sürətlənməkdədir. Əhalinin sayının azalması Cənubi Okinava istisna olmaqla Yaponiyanın bütün prefekturalarında (əyalətlərində) müşahidə olunur.

Hesabata əsasən, ölkədə 65 yaşlı kişi və qadınların sayı 190 min artaraq 36,2 milyona yüksəlib. Bu ölkə əhalisinin 29 faizini təşkil edir. Yaponiyanın əhalisinin 2053-cü ilədək 100 milyona, 2065-ci ilədək 88 milyon nəfərdək azalacağı proqnozlaşdırılır. Həmin dövrdə əhalinin 38 faizinin yaşı 60-dan yuxarı olacaq.

Ölkə əhalisinin belə sürətlə qocalması və azalması aşağı doğum səviyyəsi ilə əlaqələndirilir. Bu sosial hadisənin gələcəkdə dövlətə çoxlu problemlər yaradacağı ehtimal edilir. Məsələn, hazırda işləyən yaponların pensiyası gələcəkdə azala bilər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər