Növbəti görüş İstanbulda olacaq

Rusiya ilə ABŞ arasında növbəti görüş İstanbulda keçiriləcək.

Bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Rusiya aprelin 10-u İstanbulda keçirilməsi planlaşdırılan növbəti danışıqlarda Xarici İşlər Nazirliyi xətti ilə təmsil olunacaq.

Peskov media nümayəndələrini görüşlə bağlı XİN-dən məlumat gözləməyə çağırıb.

Qeyd edək ki, ötən həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrov hazırda ABŞ ilə yeni ikitərəfli görüş planlaşdırıldığını bildirib.

Son xəbərlər
Digər xəbərlər