2025-ci ildə dövlət büdcəsində Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun fəaliyyət xərcləri üçün 10.3 milyon, Azərbaycan Respublikasının həmtəsisçisi olduğu beynəlxalq investisiya və inkişaf fondlarının nizamnamə kapitalında Azərbaycan tərəfinin payı üçün 243,1 milyon manat vəsait proqnozlaşdırılıb.
Bu barədə “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilib.
Qeyd edilib ki, 2025-ci ilin dövlət büdcəsinin əsas bölmələrə aid edilməyən xərclər bölməsində büdcə təşkilatlarının büdcədənkənar xərcləri üçün 100 milyon manat məbləğində vəsait proqnozlaşdırılır ki, bu da 2024-cü illə müqayisədə 16,9 milyon manat və ya 20,3% çoxdur.