1 C
Baku
Saturday, December 14, 2024

Növbəti ildə inflyasiya 2-3 faiz səviyyəsində hədəflənir

Mərkəzi Bank gələn il Azərbaycanda inflyasiya proqnozunu açıqlayıb

2015-ci ildə səlahiyyətləri çərçivəsində qiymət sabitliyinin təmin edilməsi Mərkəzi Bankın pul siyasətinin əsas məqsədini təşkil edəcək. Son qlobal və daxili iqtisadi meylləri nəzərə alaraq, orta müddətli perspektivdə inflyasiyanın aşağı səviyyədə qalması gözlənilir. Növbəti ildə inflyasiya 2-3 faiz səviyyəsində hədəflənir.

Azərbaycan Respublikası Mərkəzi Bankının 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında pul siyasətinin həm inflyasiya, həm də deflyasiya risklərinə çevik reaksiyası təmin ediləcəyi qeyd edilir. Bu reaksiyanın xarakteri və miqyası inflyasiyaya təsir göstərən tələb və təklif amillərindən asılı olaraq dəyişəcək.

Növbəti ildə də Mərkəzi Bank müxtəlif qiymət indekslərinin təhlilinə və inflyasiyanın proqnozdan kənarlaşması risklərinin hərtərəfli qiymətləndirilməsinə xüsusi diqqət yetirəcək. İnflyasiya (deflyasiya) təzyiqlərinin müvəqqəti və uzun müddətli amillərini fərqləndirmək üçün baza inflyasiyanın dinamikası daim izlənəcək. Pul siyasətinin adekvat reaksiyasının formalaşmasında Mərkəzi Bank iqtisadi tsikl modelinin nəticələrini də nəzərə alacaq.

Xəzərxəbər

Son xəbərlər
Digər xəbərlər