ABŞ-ın “Apple” korporasiyası yeni “iPhone” modellərini gözlənilən vaxtdan bir neçə həftə sonra buraxmağı planlaşdırır.
“RİA Novosti” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Şirkətin maliyyə direktoru Luka Maestri də növbəti “iPhone”ları həmişəkindən bir neçə həftə sonra buraxılacağını təsdiqləyib.
Xatırladaq ki, ötən il yeni modellər sentyabrın sonunda təqdim edilmişdi, odur ki, bu il təqdimatın oktyabr ayında olacağı gözlənilir.