7 C
Baku
Sunday, December 15, 2024

Növbəti “Starlink” peyklər qrupu orbitə çıxarıldı

SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi “Starlink” sisteminin qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 23 mini-peykdən ibarət növbəti qrupu orbitə çıxarıb.

Daşıyıcı raket ABŞ Kosmik Qüvvələrinin Kanaveral burnundakı (Florida ştatı – Qeyd) kosmodromundan start götürüb.

“SpaceX” həmçinin bazar günü, noyabrın 19-da Kaliforniyanın Vandenberq Kosmik Bazasından orbitə daha 22 genişzolaqlı peyk göndərmək niyyətindədir.

Qeyd edək ki, dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın kosmik aparat çıxarmağı planlaşdırır. Kompaniyanın qiymətləndirməsinə əsasən, 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq.

“SpaceX” kompaniyası qlobal internet örtüyünün təmin olunması üçün orbitdə iri peyk qruplaşmasının qurulmasına çalışan kompaniyalardan biridir. Onların arasında “OneWeb”, “Telesat”, “LeoSat” və “Amazon” kompaniyaları da var.

Son xəbərlər
Digər xəbərlər