Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) növbəti Zirvə Görüşü gələn il Türkiyədə keçiriləcək.
Report agentliyi xəbər verir ki, bu barədə Türk Şurasının Bakıda keçirilən VII Zirvə toplantısında qərar qəbul edilib.
Şuranın VIII sammitinin Türkiyədə keçirilməsi təklifi ilə Prezident Rəcəb Tayyib Ərdoğan çıxış edib. İclasda iştirak edən dövlət başçıları təkliflə razılaşıblar.