Rusiyanın “Transneft” neft-qaz şirkəti bu gün Novorossiysk limanından neft məhsullarının nəqlini dayandırıb.
APA TASS agentliyinə istinadən xəbər verir ki, bunu şirkətin rəsmi nümayəndəsi İqor Demin deyib.
Onun sözlərinə görə, nəqlin dayandırılmasına səbəb şimşəyin çaxması olub: “Bu gün Novorossiyskdə səhər saatlarında şimşək çaxması səbəbindən iki tankerin yüklənməsi dayandırılıb. İşlər günortadan sonra bərpa ediləcək. Nəqlin müvəqqəti dayandırılması işlərin qrafikinə təsir etməyəcək”.
Xatırladaq ki, Novorossiysk limanına Bakı-Novorossiysk boru kəməri ilə Azərbaycan nefti də nəql olunur.